Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:02

Dövlət büdcəsi qəbul edildi

-

Milli Məclisin noyabrın 28-də keçirilən növbəti iclasında «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» qanun layihəsi təsdiq edilib.

İclasda büdcə zərfinə daxil olan digər qanun layihələri də qəbul edilib.

2015-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənib. Gələn ilin büdcəsində hökumət neftin bir barelinin qiymətini 90 dollar müəyyən edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

16:52 28.11.2014

«Mötəbər saydığımız təşkilatların müstəqilliyi yoxdur»

Milli Məclisin sədri Oqtay Əsədov: «Sizə səmimi bir şey deyim. Mötəbər saydığımız təşkilatların mötəbərliyi yoxdur. Müstəqilliyi yoxdur. Bu mötəbər təşkilatlatlara bel bağlamaq olmaz».

16:50 28.11.2014
Siyavuş Novruzov
Siyavuş Novruzov

«Emin Milli özünü qəfəsə salıb tədbir keçirir»

Deputat Zahid Oruc: «Məscidi yandırmağa cəhd etdilər, bir nəfər özünü atdı. I Avropa Oyunları ərəfəsində bu hərəkətlər göstərir ki, ölkədə sabitliyin pozulmasını istəyirlər. Bu, mənə Soçi olimpiadası ərəfəsində Rusiyada baş verənləri xatırladır».

Səyavuş Novruzov: «Emin Milli özünü qəfəsə salıb tədbir keçirir. Həmin qrup gəldi Gürcüstana. Bu sırf Azərbaycana yönəlmiş tədbirdir. Ermənipərəst qurumlar, adamlar çox idi. Biz ciddi şəkildə onlara qarşı mübarizə aparmalıyıq. Biz onlara qarşı addım atdıqca onlar bəyanatlarını daha da sərtləşdirib üstümüzə gəlirlər. Heç bir qurumun, dövlətin başqa ölkənin daxili işinə qarışmağa ixtityarı yoxdur, Amerikada polis bir uşağı öldürdü. Allah eləməsin indi bu hadisə Azərbaycanda olsaydı, nə hay-küy düşərdi».

14:03 28.11.2014
Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

«Gənclərə, mətbuata təzyiqləri azaltmalıyıq»

Milli Məclisdə çıxışı zamanı Sabir Rüstəmxanlı deyib ki, təzyiqlər azaldılmalıdır:

«Gənclərə, mətbuata təzyiqləri azaltmalıyıq. Avropa bizə təzyiq edir, biz də öz millətimizə».

Bahar Muradova bu çıxışa öz münasibətini bildirib: «Avropa 5-6 adamla tərəfdaşdırsa, onda biz də işimizi bilək. Bir də biz heç kəsə təzyiq etmirik. Hər kəs ölkədə azad vətəndaş kimi yaşayır».

13:58 28.11.2014

Milli Məclisin iclasında Qüdrət Həsənquliyev çıxış edib. Bildirib ki, su, qaz, elektrik enerjisi ilə bağlı xidmətlər özəlləşdirilməlidir, dövlətin yükü azaldılmalıdır. Bu qurumlara yönəlik tənqidlər də dövlətə ünvanlanır.

Davamı

XS
SM
MD
LG