Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

«Bu nefti almaqla diktator rejimini maliyyələşdirmiş oluruq»


Praqa. Azərbaycanlı siyasi məhbuslar üçün keçirilən aksiya
Praqa. Azərbaycanlı siyasi məhbuslar üçün keçirilən aksiya

-

“Azərbaycan Çexiyada o qədər da yaxşı tanınmır. Amma bu iki ölkənin kifayət qədər ortaq nöqtələri var. Çexiyada maşınlara vurulan neftin 25 faizi Azərbaycandan gəlir. Çox az adam anlayır ki, biz bu nefti almaqla diktator rejimini maliyyələşdirmiş oluruq".

Çexiyadakı Nesehnuti təşkilatının üzvü Petra Havlíková belə deyir. Bu təşkilat noyabrın 27-də insan haqları müdafiəçilərinin həbsinə etiraz olaraq Azərbaycanın Praqadakı səfirliyi qarşısında aksiya keçirib. Etirazçılar əllərində Azərbaycandakı azı yüz siyasi məhbuslardan bəzilərinin fotolarını tutublar.

"Azərbaycanda qeyri-azadlıq yandırır" adlı aksiyanı uzun illərdir Cənubi Qafqazda vətəndaş cəmiyyətinə dəstək verən Çexiyanın Nesehnuti təşkilatı təşkil edib.

Etiraz aksiyası.Praqa. 2014-cü il, 27 noyabr
Etiraz aksiyası.Praqa. 2014-cü il, 27 noyabr

​Aksiyada siyasi məhbusların dərhal və şərtsiz azadlığı tələb edilib. Etirazçılar vətəndaşı cəmiyyəti fəallarını susdurmaq, iqtidarı tənqid etdiklərinə görə həbs edildiklərini bildiriblər.

"Həm kişilər, həm də qadınlar həbs olunub. Onlar insan haqları müdafiəçiləri, müstəqi jurnalistlər, müxalifət fəalları, dindarlar və gənclər təşkilatlarının üzləridir".

Nesehnuti Təşkilatı aksiya ilə bağlı yaydığı məlumatda Azərbaycanda insan haqlarının durumundan, beynəlxalq təşkilatların bəyanatlarını yada salır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının Nazirlər Komitəsinə sədrliyə başlamasından bir müddət sonra həbslərin başlanıldığını xatırladır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG