Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34


OPEK noyabrın 27-də neft istehsalını azaltmamaq qərarına gəlib.Təşkilat sutkada 30 milyon barrel mövcud kvotanı qoruyub.

Bu haqda təşkilatın nümayəndəsi Hasan Abdul-Hamid kartelin 166-cı sammitinin nəticələrinə əsasən mətbuat konfransında açıqlama verib.

Reuters bildirir ki, qəbul olunan qərar OPEK-in siyasətində qiymətləndirməyə təsir edəcək şəkildə əhəmiyyətli dəyişiklik daşıyır.

Qiymət müharibəsi OPEK-in üzvü olmayan digər neft ixracatçısı - Rusiyaya da təsir edir. Rusiya artıq Ukraynadakı davranışlarına görə qərbin qoyduğu sanksiyalardan əziyyət çəkir və öz büdcəsinin balanslaşdırmaq üçün neftin bir barrelinin 100 dollar həcmində qiymətləndirilməsinə ehtiyacı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG