Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:48

-

Dünya Ədəbiyyatı Kitabxanası seriyasından 3 yeni kitab çap olundu.

1. İsaak Asimov. “Seçilmiş əsərləri”

2. George Bernard Show. “Seçilmiş əsərləri”

3. Jorge Luis Borges. “Seçilmiş əsərləri”

Beləliklə, bu seriyadan çap edilmiş kitabların sayı 103 oldu.

Kitablar haqda ətraflı:

Ayzek Azimov. “Seçilmiş əsərləri”

Ayzek Azimov XX əsr dünya fantastikasının ən görkəmli nümayəndələrindən biridir.

nun "Seçilmiş əsərləri" kitabına "Təməlçilər", "Kosmik axınlar" romanları, "Peşə", "Gəlin yığışaq", "Marslıların yolu", "İki yüz yaşlı adam" hekayələri daxil edilmişdir.

Corc Bernard Şou. “Seçilmiş əsərləri”

Hazırcavab, acıdil, müdrik, təkrarsız, ən ciddi məsələyə belə qeyri-adi ironiya ilə yanaşmağı bacaran, güclü yumor hissinə malik insan... Corc Bernard Şou haqqında deyilən bütün fikirləri bu sözlər birləşdirir. 70-ə yaxın pyes müəllifi öz sözünü güclü yumor və sarkazmla, lakonik dialoqlardakı dərin ironiya ilə oxucularına çatdırır.

Corc Bernard Şounun "Seçilmiş əsərləri" kitabına "Avqust öz payına düşəni yerinə yetirir", "Piqməlion", "Ürəkləri parçalayan ev", "Mayor Barbara", "Acı da olsa, həqiqətdir" pyesləri daxil edilib.

Xorxe Luis Borxes. “Seçilmiş əsərləri”

XX əsr söz sənətinə ən sanballı yeniliklər gətirən qələm sahibləri arasında Xorxe Luis Borxesin adı həmişə ön sıralarda çəkilir. Yaşadığı dövrün ən böyük yazıçılarından olan Borxes şair və publisist kimi də tanınır.

X.L.Borxesin "Seçilmiş əsərləri" kitabında verilən "Əlif", "Qum kitabı", "25 avqust 1983-cü il", "Babil kitabxanası", "Xarabalıq dairələri" və s. novella, hekayə, esse və araşdırmaları onun yaradıcılığının ən mühüm hissəsini təşkil edir.

Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Abunə yazılmaq istəyənlər üçün

Günün bütün mövzuları

XS
SM
MD
LG