Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:06

-

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımov ailə üzvləri ilə telefonda danışıb.

Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Səadət Qasımova məlumat verib:

«Noyabrın 26-sı axşam zəng etdi, səsi çox zəif gəlirdi. Dedi ki, məndən narahat olmayın. Bir də dedi ki, xəbərdarlıq ediblər ki, anası təcridxanaya gəlməsin. Belə olsa, apardığımız yeməyi qəbul etməyəcəklər. Hiss olunurdu ki, başının üstündə durublar. Onların əzbərlətdikləri sözləri deyirdi. İstəyirlər ki, Hicranın işi ilə bağlı mən tək gedim ora-bura. Belə olan halda məni həbs etmək asan olacaq. Axı, keçən dəfə nazir xəbərdarlıq etmişdi ki, bir də Naxçıvan şəhərinə ayaq qoysanız, həbs olunacaqsınız».

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs qətimkan tədbiri seçildiyi bəlli oldu. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Noyabrın 24-də Hicran Qasımovun anası və həyat yoldaşının 13 saat Naxçıvan Şəhər Polisində saxlandıqları bildirilirdi. Səadət Qasımovanın dediyinə görə, onlardan Hicranın işi ilə bağlı şikayət etməmələri tələb olunub.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG