Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Bakının mərkəzində obyektlərin tanıtım lövhələri sökülür


Bakı, mərkəzi küçə

Bakı, mərkəzi küçə

Noyabrın 27-də Bakı şəhərinin mərkəzində yerləşən obyektlərin qarşısındakı tanıtım lövhələrin yığışdırılmasına başlanıb. Bu haqda AzadlıqRadiosuna obyekt sahibləri məlumat verib. Onların sözlərinə görə, obyektlərə məxsus lövhələri özlərini təqdim etməyən mülki geyimli şəxslər çıxarır. Fəvvarələr meydanındakı “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli bildirir ki, naməlum şəxslər bu haqda göstərişin bütün icra hakimiyyətlərinə göndərildiyini deyiblər:

“ Səhər gəlmişdilər. Dedilər ki, prezidentin şifahi göstərişi var, lövhələr çıxarılmalıdır. Bunun üçün bizə iki gün vaxt verib, getdilər. Bir müddət sonra yenə qayıtdılar. Bildirdilər ki, bütün icra hakimiyyətlərinə göstəriş verilib ki, bu gün sökülməlidir. Başladılar sökməyə. Təkcə bizim mağaza deyil, ətrafda olan bütün obyektlərin lövhələrini açıb apardılar. Biz əlaqə saxlamışıq. Təkcə şəhərin mərkəzində yox, hər yerində çıxarmağa başlayıblar. Məsələni aydınlaşdırmaq üçün Səbail rayon İcra Hakimiyyətinə getdik, dedilər ki, bizim heç nədən xəbərimiz yoxdur”.

Bakı şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna məsələ ilə bağlı xəbərsiz olduqlarını bildirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG