Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41

Səlim Müslümov İmişlidə polis nəzarəti altında qəbul keçirdi...


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov

-

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov noyabrın 27-də İmişlidə şikayətçiləri qəbul etdi. Qəbula gələnlər arasında Kürdəmir, Ucar, Zərdab, Xocavənd, Füzuli və Beyləqan rayonunun sakinləri də var. Səhər açılan kimi tədbirin keçirildiyi Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binası önünə insan axını başlamışdı. Bu axının qarşısını almaqdan ötrü bir neçə gün öncə inzibati binaya və «Şəhidlər Xiyabanı»na dönən yol üstündə dəmir torlu hasar quraşdırılmışdı. İctimai asayişi təmin etmək adı ilə əraziyə İmişli rayon Polis Şöbəsinin çoxsaylı əməkdaşları da cəlb olunmuşdu. Elə naziri qarşılayanlar arasında polis rəisi Vaqif Müslümov da var idi.

«ƏLİLLƏR ÜÇÜN 52 RAYONDA 353 FƏRDİ EV İNŞA EDİLƏCƏK»

Səlim Müslümovun görüşü zamanı polis nəzarəti

Səlim Müslümovun görüşü zamanı polis nəzarəti

Səlim Mülümov bildirdi ki, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlərin inşasına başlanıb. İlkin mərhələdə ümumilikdə 52 rayonda 353 fərdi ev inşa ediləcək. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur.

Vətəndaşlar əsasən mənzil və minik avtomobilləri, bərpa-müalicə, məşğulluq məsələləri ilə əlaqədar nazirə müraciət etdilər. Nazir xəstə və aztəminatlı olan insanların bir çoxuna 200-500 manat məbləğində birdəfəlik yardım göstərilməsi barədə tapşırıq verdi.

NAZİR XƏSTƏNİ QƏBUL ETMƏYİ HƏKİMDƏN XAHİŞ EDİR...

O, müayinə və müalicəsi üçün kömək istəyən bir xəstədən ötrü öz mobil telefonu ilə tanıdığı həkimə zəng edib, vətəndaşı onun adından qəbul etməyini xahiş etdi. Qarabağ əlillərinin sosial təminatı vəziyyətinə dair elektron məlumat bazasının yaradıldığını deyən Səlim Müslümov, bunun əsasında onların həyat səviyyəsinin daim nəzarətdə saxlanılacağını bildirdi. Jurnalistlərlə ayaqüstü brifinqdə isə O, ilin sonunadək tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinin də elektronlaşdırılacağını söylədi:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov

«Ölkədə olan 535 minə yaxın əlilin 300 minə yaxını daimi əlilliyi olan şəxslərdir. Mən qəti tapşırıq vermişəm ki, yerdə qalan 235 min nəfərlə bağlı məlumatlar elektron informasiya bazasına daxil edilsin. Bundan sonra əgər səhhətlərində ağırlaşma halları olmazsa, onların komissiyaya çağırılmasına, müayinədən keçməsinə, hər hansı arayışa ehtiyac olmayacaq. Reabilitasiya, müalicə məsələlərinin həlli də operativ həllini tapacaq».

QƏBULA DÜŞƏ BİLMƏYƏNLƏR...

Qəbula düşmək istəyən sakinlər

Qəbula düşmək istəyən sakinlər

Səlim Müslümovla görüşə əvvəlcədən qəbula yazılan şəxslər buraxılırdı. Bu qaydadan xəbəri olmayan yüzlərlə adam isə hasarın o biri üzündə qalmışdı. Qəbula yazılanlardan bəzilərini nazirlik strukturuna aid orqanların rəhbərləri vəd verməklə yola saldı. Beləcə kiminin razı, kiminin narazı qalmağı ilə daha bir qəbul başa çatdı.

Şərhləri göstər

XS
SM
MD
LG