Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:49

Vəkil Elçin Namazov noyabrın 27-də axşam saat 6-da Binəqədi rayon Müvəqqəti saxlanma Təcridxanasına aparılıb. Bunu AzadlıqRadiosuna E.Namazovun vəkili Xalid Bağırov deyib. O, Namazovla noyabrın 28-də görüşə biləcək:

“Bizdə Elçin Namazovun harada saxlanması haqda məlumat yox idi. Nəhayət dünən axşam onun yeri haqda məlumat verildi. Onunla sabah günün birinci yarısı görüşümüz gözlənilir”.

Xalid Bağırov deyir ki, hadisənin təfərrüatı ona məlum deyil. Məlum olan bircə protokolda yazılanlardır:

“Protokolda qeyd olunur ki, E.Namazov Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. Şikayətdən sonra onu Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə dəvət ediblər. Polis bölməsinə gəlmədiyi üçün onu zorla gətiriblər, həmin zaman E.Namazov qəsdən tabesizlik göstərib”.

Xalid Bağırov deyir ki,Elçin Namazov 102 xidmətinə nə ilə bağlı müraciət etdiyini, polis idarəsində nə baş verdiyi barəsində suallara görüşdən sonra cavablaya bilər.

E.Namazov noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə on beş sutka həbs olunub. O, polisin qanuni tələbinə əməl etməmədə ittiham olunur.

Məhkəmənin qərarından apellayasiya şikayəti hazırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG