Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:33

-

Cənubi Qafqaz ölkələrində gecə klublarında əylənən qadınlar, qızlar. “Təsəvvür edin ki, qadın evdə oturur, kişi kafeyə, klublara gedir. Belə çıxır ki, əylənməyə yalnız kişilərin haqqı var? Əgər belədirsə, onda gəlin, ölkəmizin adını dəyişək, “Azərbaycan Kişi Respubılikası qoyaq”.

Pakistanda Məhəmməd peyğəmbərin qızının toyuna mahnı qoşub, rəqs edənlər, bunu göstərən televiziyanın sahibi 26 il həbsə məhkum olunur.

Dünya mediası bu gün nədən yazır?

BBC News Xanım Cavadovanın yazısını dərc edib: “Cənubi Qafqazda qadınlar gecə klublarında azadlıq tapırlar”.

Müəllif yazır ki, Azərbaycanda, Ermənistanda, Gürcüstanda qadınlar seçkidə kimə istəsələr səs versələr də, hələ də evə gec gələndə ətrafdakılar onlara əyri baxır.

Ancaq təhsil və turizmin inkişafı ilə Qərb təsiri bu regiona da sirayət edir. İşləyən qadınların sayının artması isə onların özlərinə xərcləməsi üçün pullarının artması deməkdir.

Adrineh Grogorian Ermənistandandır, onun 38 yaşı var, fotoqrafdır. O deyir:”Mən gecə həyatı sürürəm. Hamı yatdığı vaxt Yerevan başqa kütlənin hökmranlığı altına düşür və burda gecə həyatı başlanır. Mən indiyə kimi heç bir iradla rastlaşmamışam. Mən özümü cəmiyyətin bir hissəsi hiss edirəm. Hansı qadın ki, qonşularının onun haqqında nə düşündüyündən ehtiyat edir, belə qadınlar öz şəxsi həyatlarını gizli sürürlər”.

“Mən görürəm ki,ictimai fikrə baxmadan müstəqil qərar verən qadınların sayı artır. Bundan başqa qadınların yeni nəsli yaranıb ki, köhnəlmiş təsəvvürləri qəbul etmirlər və ətrafdakıların gözündə “yaxşı qız” olmağa çalışmırlar”.

24 yaşlı Astghik Papikian ətraf mühit ekspertidir. O deyir: “Mən gecə klubuna öz tanışlarımla gedə bilərəm. Ancaq qorxuram ki, başqaları məni düzgün başa düşməsinlər”.

“Bəzi adamlar fikirləşir ki,mən evəgec gəlsəm, bu, pisdir. Onlar heç maraqlanmırlar ki,mən kiminlə idim. Mən bilirəm ki, pis heç nə etmirəm. Ancaq vəziyyətə uyğunlaşmalıyam”.

“Ancaq getdikcə stereotiplər yoxa çıxır.”

”Bununla belə, mən evə 22:30-can qayıtmağa çalışıram. Bilirəm ki, gec gəlsəm, bu, valideynlərimin xoşuna gəlməyəcək. Qonşular deyinəcək. Bu, mənim gələcək həyatıma təsir edəcək”.

“Gecə Yerevanında əylənməyə getməyə yer çoxdur. Çoxlu disko-klublar var. Hərçənd cəmiyyət bunları asan qəbul etmir. İnsanlar düşünür ki, “normal qız” belə yerlərə getməz.”

“Yerevandan qıraqda vəziyyət fərqlidir: Ermənistanın ikinci ən böyük şəhəri Gümrüdə bir dənə də olsun gecə işləyən əyləncə yeri yoxdur. Çünki heç kim ora getmir. “

Gəncədən Xəyalə Xəlilinin 26 yaşı var, o, həkimdir. Xəlili deyir: “Mənim fikrimcə, istər kişi olsun, istər qadın, onlar gecə həyatı sürməməlidir. Məncə, bu, sağlam həyat tərzi deyil.”

“Mənim fikrimcə, qadının azadlığı gecə klublarına getməsində deyil”

Bakıdan 27 yaşlı Gülarə Əzimzadə reklamla məşğulı olur. O deyir: “mən gecə klublarına gedirəm. Çünki mənim fikrimcə, qadının evdən çıxmağa və işdən sonra stressi götürmək,neqativ fikirlərdən azad olmaq üçün əylənməyə vaxtı olmalıdır”.

“Təsəvvür edin ki, qadın evdə oturur, kişi isə kafeyə, klublara gedir. Belə çıxır ki,əylənməyə yalnız kişilərin haqqı var?

Əgər belədirsə, onda gəlin, ölkəmizin adını dəyişək, “Azərbaycan Kişi Respubılikası qoyaq”.

“Kim ki, deyir, qız evdə oturmalıdır. Onlar öz qohumlarının təsiri altındadır.”

“Hansı qadın ki, gəzməyə gedə bilmir, onların ya pulu yoxdur, ya özlərini təhlükəsiz hiss etmirlər, ya da sadəcə olaraq yaxşı qız olmaq istəyirlər ki,sonra uğurlu ərə gedə bilsinlər”.

Tbilisidən 37 yaşlı proqram meneceri Nutsi Odisharia deyir ki, “cümə günləri ailə üzvləri və dostları ilə restorana gedir. Sonra da “klublaşırlar”. O deyir: “Ancaq bu, hər həftə olmur”. “Mən gənc qız anasıyam. Ona görə qızımı nənəsinin yanında qoyuram ki,mənim də özümə bir azca vaxtım olsun”.

“Mən yaşlı nəsildən və ya dindar adamlardan heç bir irad, tənqid eşitməmişəm. Ancaq bunu həmişə hamı bəyənmir. 1990-cı illərdə Tbilisidə bir dənə də olsun gecə klubu yox idi. 1990-cı illərin sonunda caz klublar meydana gəldi. Ümumiyyətlə, gürcü xalqı yeməyi, rəqs etməyi və şənlənməyi sevir”.

MƏHƏMMƏD PEYĞƏMBƏRİN QIZININ TOYUNA MAHNI QOŞUB, OYNAYANLARA 26 İL HƏBS

Daily Mail qəzeti yazır ki,Pakistan televiziya kanalının sahibiküfrə görə 26 il həbs cəzası alıb. Mir Shakeel–ur-Rehmanın sahibi olduğuGeo News televiziyası Məhəmməd peyğəmbərin qızının toyu haqda mahnıya adamların rəqs etməsini göstərib. Məhəmməd peyğəmbərin qızı rolunu oynayan aktrisa Veena Malik, onun əri Bashir Asad Khan da 26 il həbsə məhkum olunublar.

Məsələyə Gilgit şəhərinin anti-terror məhkəməsi baxıb. Məhkəmənin fikrincə, bu veriliş bütün müsəlmanların hissinə toxunub. Məhkəmənin qərarı iləteleviziyanın sahibi, verilişin aparıcısı və verilişin iki qonağı 16600 dollar cərimə verməlidir, onların pasportları və əmlakları müsadirə olunur.

Geo Newsa qarşı təzyiqlər hərəkətlər televiziyanın ordu ilə kəllə-kəlləyə gəlməsindən sonra başlanıb. Televiziya hətta Pakistanın ən nüfuzlu kəşfiyyat xidməti olan Hərbi Daxili Xidmət Kəşfiyyatının televiziyanın aparcı jurnalistini güllə ilə vurduğunu iddia edir. Ordu bu ittihamı rədd edir.

Televiziya ilə ordunun mübahisəsinə hətta baş nazir Navaz Sharif də təsir edə bilmir. Navaz Sharif televiziyanın tərəfini saxlayır. Buna görə onunla ordu arasında da narazılıq yaranıb.

İyun ayında televiziya Hərbi Daxili Kəşfiyyat əleyhinə danışdığına görə 101 min dollar cərimə olundu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG