Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:24

BMT İranda monitorinq keçirməyə daha çox pul istəyir


BMT-nin nüvə silahı üzrə mütəxəssisləri deyir ki, İranda monitorinq missiyasının reallaşmasına yardım etmək üçün daha çox pula ehtiyac var. Amma nə qədər vəsaitə ehtiyac olduğunu açıqlamayıblar.

Beynəlxalq Atom Enerji Agentliyi İran və dünyanın 6 güc ölkəsi ilə bağladığı razılığa əsasən monitorinq aparır.

Razılaşmanın uzadılması ilə bağlı İran - ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Rusiya ilə noyabrın 24-də gözlənilən görüşü baş tutmayıb. Görüşdə müqavilənin uzadılması gözlənilirdi.

Bundan başqa tərəflər danışıqların aparılması üçün iyunun sonunadək gözləməyi təklif ediblər.

İlkin müqavilənin şərtlərinə görə, İran ona qarşı qoyulan sanksiyaların asanlaşdırılması müqabilində nüvə silahı istehsalını daynadırmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG