Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:29

Oyunda xəsarət alan kriket oyunçusu vəfat edib


-

Kriket meydanında zədə alan oyunçu noyabrın 27-də vəfat edib. 25 yaşlı avstraliyalı Phil Hughes iki gün öncə kriket topunun başına dəyməsindən sonra huşunu itirmişdi. Xəstəxənaya çatdırılan Hugesin vəziyyətinin ağır olduğu bildirlirdi.

Onun ölüm xəbərini Kriket Avstraliya yayıb

"Phillip Hughesin 25 yaşında həyatdan getməsini bildirməkdən çox üzgünük", twitterdə bəyan edilir.

Hughes noyabrın 25-də sürətli kriket topu oyunçunun qulağardına dəyərək onu zədələyib. Onun başında dəbilqə olub, lakin topun istiqaməti və sürəti elə olub ki, kriket dəbilqəsi başı qoruya bilməyib. Hadisə Sidneydə yerli kriket yarışması zamanı baş verib.

156 qramlıq kriket topları beysboldakı kimi eyni forma və ölçüdə olur, tək fərqi daha sərt və ağır olmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG