Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

ABŞ-da etirazlar yerli idarəetmə binasını da sarıb. Andlılar məhkəməsinin qərarına etiraz edənlərdən bir neçəsi Louis şəhər hökumətinin binasına doluşub. Andlılar qara dərili yeniyetməni öldürən polis zabitinə qarşı ittiham irəli sürməməyi qət etmişdi.

Polis bildirib ki, avqustda 18 yaşlı Michael Brownu gülləyib öldürən polis zabiti Darren Wilsonun məhkəmə çəkişməsində bir neçə etirazçı saxlanıb. Əlavə yüz polis zabiti binaya çağırılıb və giriş qapadılıb.

Missuri qubernatoru Jay Nixon Ferguson ətrafında azı 2200 Milli Mühafizə əsgərlərini səfərbər edib.

Noyabrın 26-da Rusiya Vaşinqtonda Moskvaya iftira edənlərin riyakarlığına sübut kimi Ferqyusondakı qiyamı və ABŞ daxilində davam edən başqa etirazları diqqətə çəkib və Rusiyaya insan haqlarından dərs deməyə heç bir haqları olmadığı vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG