Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:01

20-yə yaxın QHT və KİV Rusiya-Gürcüstan münasibətlərindəki böhranla bağlı bəyanat verib


Azərbaycanın 20-yə yaxın QHT və KİV təmsilçisi Rusiya-Gürcüstan münasibətlərində yaranan böhranla bağlı bəyanat veriblər. Sənədin müəlliflərindən biri- «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, iki ölkənin münasibətlərinin pisləşməsi artıq millətlərarası münaqişəyə çevrilməkdədir. O, bunun təkcə Rusiya və Gürcüstana yox, bütün regiona təsir edəcəyini düşünür.

Bəyanatda bildirilir ki, Rusiya öz qonşuları ilə münasibətdə təzyiq və hədələrdən əl çəkib, demokratik münasibətlərə üstünlük verməlidir.


Sənəddə son vaxtlar gürcü məhsullarının idxalına qoyulan qadağanın gürcü xalqında hakimiyyətə qarşı narazılıq yaratmaq məqsədi güddüyü də bəyan edilir: «Rusiya SSRİ ənənələrindən əl çəkməlidir».


XS
SM
MD
LG