Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:32

Naxçıvanın Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçib


Monitorinqlər noyabr-dekabr aylarında da davam edəcək

Monitorinqlər noyabr-dekabr aylarında da davam edəcək

Oktyabrın 1-dən Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində işləyir. Buna səbəb köçəri quşların MR-ya miqrasiyasının başlamasıdır. Miqrasiya zolağı Araz çayından keçdiyi üçün köç edən quşlar daha çox bu ərazidə məskunlaşırlar və bu da bölgədə «quş qripi» xəstəliyinin yayılma riskini artırır. Üstəlik bu günlərdə Azərbaycan mətbuatında Araz çayının İran ərazisindən axan hissəsinin sahillərində quşların kütləvi qırğınlarının müşahidə edildiyi haqqında məlumatlar yer alıb. MR Dövlət Baytarlıq Xidmətinin mütəxəssisi Kamil Qurbanov bildirir ki, 2006-cı ilin 9 ayı ərzində MR-da nə çöl nə də ki, ev quşları arasında «quş qripi» də daxil olmaqla heç bir xəstəlik qeydə alınmayıb: «Amma, bu, o demək deyil ki, risk azalıb. Hazırda Baytarlıq Xidmətinin əməkdaşları Araz su qovşağının və su hövzələrinin ətraflarında dezinfeksiya işləri aparırlar».

Eyni zamanda Arazboyu ərazilərdə yerləşən rayonların xüsusi ilə də Sədərək, Şərur, Culfa rayonlarının kəndlərindəki əhali arasında monitorinqlər də keçirilir. Məqsəd əhalini məlumatlandırmaq və ev quşlarını peyvənd etdirməkdir. Naxçıvan şəhər Baytarlıq İdarəsinin rəisi Mirvasif Seyidov deyir ki, artıq MR-də 117 min kvadrat metr ərazi dezinfeksiya edilib. Ayrıca bazarlarda satılan diri quş və quş əti məhsulları üzərində də nəzarət gücləndirilib.


Mirvasif Seyidov deyir ki, Arazboyu ərazilərdə keçirilən monitorinqlər zamanı çay və hövzə sularının eyni zamanda sahil torpaqlarının təmizlik dərəcəsi də yoxlanılır.


Monitorinqlərdə MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edirlər. Nazirliyin əməkdaşı Vaqif İsmayılovun sözlərinə görə, Arazboyu ərazi dövlət yasaqlığı elan edildiyindən həmin ərazilərdə ova qadağa qoyulub. Bu da xəstəliyin insanlar arasında yayılma riskini nisbətən azaldır. Monitorinqlər noyabr-dekabr aylarında da davam edəcək.


MR Baytarlıq Xidmətindən onu bildirirlər ki, gömrük-keçid məntəqələrində də baytar həkimlər gücləndirilmiş iş rejimində işləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG