Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28

ABŞ-da Ferqyuson iğtişaşları ilə əlaqədar 400 nəfər həbs edilib


İğtişaşlar zamanı bir neçə polis maşınının yandırıldığı xəbər verilib.

İğtişaşlar zamanı bir neçə polis maşınının yandırıldığı xəbər verilib.

Reuters agentliyi xəbər verir ki, ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində iğtişaşalrın 3-cü günündə şəhərin özündə və ətraf qəsəbələrdə 400 nəfər həbs edilib.

Qaradərili gəncin ölümündə təqsirləndirilən polis işçisinin cinayət məsuliyyətinə məhkəmə tərəfindən xitam verilməsindən sonra başlanan etirazlar Birləşmiş Ştatların bir neçə başqa şəhərlərinə də yayılıb.

Boston, Nyu York, Los Angeles, Dallas, Atlanta və başqa şəhərlərdə etiraz aksiyaları keçirilib.

ABŞ-ın baş prokuroru Eric Holder vətəndaş haqları fəalları ilə görüşündə vəd edib ki, Ferqyuson şəhərində polisin rəftarı və davranışı ciddi şəkildə araşdırılacaq.

Əsasən qaradərili əhalinin yaşadığı Ferqyuson şəhərində kütləvi iğtişaşlar zamanı onlarca bina yandırılıb və qarət halları baş verib.

Missuri qubernatoru Jay Nixon-un əmrilə Ferqyuson və ətraf qəsəbələrdə daxili qoşunların 2200 əsgəri yerləşdirilib.

Mətbuat yazır ki, ABŞ-da qaradərili vətəndaşlarla polisin münasibətləri artıq bir neçə onillikdir ziddiyyətlərə səbəb olur.

Bir çox qaradərili vətəndaş polis tərəfindən zorakı rəftara məruz qaldığını düşünür.

Prezident Barack Obama bu barədə ölçülüb-biçilmiş bəyanat verərək bildirib ki, ABŞ-da azlıqlar və polisin münasibətlərində həllini gözləyən problemlər mövcuddur.

Reuters agentliyi diqqəti belə bir məqama çəkir ki, Ferqyusonda baş verən hadisələrdən fürsətlənən Moskva Vaşinqtonu riyakarlıqda ittiham edir və bəyan edir ki, Amerika Rusiyaya insan haqlarından dərs deməməlidir.

2013-cü ildə Missuridə prokurorluq tərəfindən keçirilmiş təhqiqat göstərib ki, maşınları polis tərəfindən müxtəlif səbəblərə görə dayandırılan vətəndaşların 85 faizi qaradərilidir. Həmin hesabata görə polis bu ştatda qaradərili sakinləri iki dəfə artıq həbs edir.

Amerika hökuməti təəssüflə bildirir ki, baş verən hadisələrin kökündə duran problemlər yalnız bir prezident tərəfindən onun qalan prezidentlik müddətində həll edilə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG