Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:54

-

Tacikistanda növbəti seks videosu qalmaqalı baş verib. Müxalifət İslam Dirçəliş partiyasnını hədəfə alan videoda iddia olunur ki, epizodların birindəki cinsi əlaqə görüntülərinin iştirakçısı İDP-nin qadın fəallarından olan 51 yaşlı Ghalati Barotovadır.

Noyabrın 19-da YouTube-da yayılan 6 dəqiqəlik video əsasən orta yaşlı qadınla nisbətən gənc bir kişinin imtim yaxınlığından ibarət görüntülərdir. Kadrarxası qadın səsi isə «izah edir» ki, görüntülərdəki Ghalati Barotova və onun gənc məşuqudur (videonu hazırlayanlar tanınmamaq üçün kişinin üzünü bağlayıblar). Videodakı səs eyham vurur ki, İslam Dirçəliş partiyasının rəhbərliyində qadının əxlaqsızlığından xəbərdar olanlar var, lakin bu fakta göz yumaraq Barotovaya fevralda keçiriləcək seçkilərdə partiyanı təmsil etmək imkanı vəd edilib.

Artıq 12 nəvəsi olan çoxuşaqlı Ghalati Barotova videonu təxribat adlandırır və deyir ki, seks səhnələrindəki qadın o deyil. Onun sözlərinə görə, bədənində əməliyytalrdan qalma çoxlu çapıqlar mövcuddur ki, videodakı yaşca ondan xeyli cavan görünən qadında həmin nişanələr yoxdur. Barotova əlavə edir ki, İslam Dirçəliş partiyasının qadın üzvləri artıq bunu yoxlayıb və görüntülərin ona heç bir aidiyyatı olmadığına əmin olublar.

İslam Dirçəliş partiyası Ghalati Barotovanı dəstəkləyərək videonu kəskin şəkildə pisləyir, bunu parlament seçkiləri ərəfəsi partiyanı gözdən salmaq cəhdi kimi qiymətləndirir.

Tacikistanda seks videoları artıq ənənə şəklini alır və əsasən dindarları hədəf götürür. Səs-küy doğuran qalmaqallardan biri Düşənbə imamının mobil telefonunu itirəndən sonra baş vermişdi. Onun telefonunu tapanlar imamın özünü çəkdiyi seks səhnələrini internetdə paylaşmışdılar.

Bir başqa videoda isə Düşənbə mollası sonsuzluğun müalicəsi adı altında yad qadınla yaxınlıq edirdi.

Bundan başqa Tacikistanda bəzi islam xadimləri seksual cinayətlər ittihamı ilə həbs olunublar.

Tajikistan İslam Dirçəliş partiyası Orta Asiyada rəsmi qeydiyyatdan keçmiş yeganə dini partiyadır, Tacikistan parlamentində 2 deputatla təmsil olunub. Qanunverici orqanda mütləq çoxluq isə prezident İmomali Rahmonovun hakim Xalq Demokrat partiyasına məxsusdur. 2015-ci ilin fevralında ölkədə yeni parlament seçkiləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG