Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:02

Trayan Basesku: «İki ölkə təhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir»


Rumıniya Azərbaycanı dost və tərəfdaş ölkə hesab edir
Rumıniya Azərbaycanı dost və tərəfdaş ölkə hesab edir
«Hesab edirəm ki, iki ölkə təhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir». Rumıniya prezidenti Trayan Basesku oktyabrın 11-də azərbaycanlı həmkarı İlham Əliyevlə ikitərəfli görüşdə belə dedi. Onun sözlərinə görə, səfərində əsas məqsəd iki ölkə münasibətlərinin möhkəmlənməsidir: «Biz bunda xüsusi maraqlıyıq, siyasi və iqtisadi mıünasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi önəm veririk».

Cənab Basesku bildirdi ki, Rumıniya Azərbaycanı Xəzər regionunda dost və tərəfdaş ölkə hesab edir: «Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa bazarlarında rəqabətə davamlı ölkə ola bilər».


Rumıniya prezidenti ölkəsinin NATO-nun üzvü olduğunu və gələn il yanvarın 1-dən Avropa Birliyinin tamhüquqlu üzvünə çevriləcəyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını da bəyan etdi. «Biz Avropada enerji təhlükəsizliyinə görə məsuliyyət daşıyan ölkəyə çevriləcəyik» - deyə, o, bildirdi.


Azərbaycan prezidenti İlham Əliyev isə dedi ki, Bakı Rumıniya ilə bütün sahələrdə əməkdaşlıq etmək əzmindədir: «Demək olar ki, müttəfiq ölkələrik. Əminəm ki, bir sıra layihələr çərçivəsində əməkdaşlığımız inkişaf edəcək».


Cənab Əliyev həmkarının Bakıya səfəri çərçivəsində bir neçə sazişin imzalanmasının nəzərdə tutulduğunu, bu sənədlərin əməkdaşlığın hüquqi bazasının daha da genişlənməsinə şərait yaradacağını bəyan etdi.


Ölkə başçısı NATO-ya inteqrasiya məsələsində Rumıniyanın Azərbaycana həmişə öz dəstəyini verdiyini və bu istiqamətdə Buxarestin təcrübəsindən istifadə edəcəklərini bildirdi. «Bu, ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri olacaq»-, deyə o, vurğuladı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG