Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

-

Məşhur fransız rejissoru Alain Resnais (Alen Rene) 91 yaşında vəfat edib.

"Keçən il Marienbadda", “Xirosima – sevgim mənim” kimi ekran əsərlərini yaratmış Rene son günlər xəstəxana çarpayısında da növbəti film layihəsi üzərində işləyirmiş.

Rene Fransa kinosunda müharibədən sonrakı yeni dalğanın parlaq nümayəndələrindən sayılır.

"Keçən il Marienbadda" filminə görə o, 1961-ci ildə Venesiya Festivalının “Qızıl şir” mükafatına layiq görülüb. Reallıq və xəyal arasında sərhədin itdiyi bu filmdə qəsrdəki məclisdə gözəl bir xanıma yaxınlaşan bir kişi onunla bir il qabaq Marienbadda tanış olduğunu deyir, qadın isə belə bir tanışlığı xatırlamadığını söyləyir…

Daha sonra baş verənlər süjeti daha da dolaşdırır.

Nüvə partlayışından sonrakı dövrdə Xirosimada tanış olan fransız aktrisa və yapon memarın uğursuz sevgisindən bəhs edən “Xirosima – sevgim mənim” filmi iləsə Rene BAFTA, Sezar mükafatlarını qazanıb.

Prezident Francois Hollande deyib ki, Fransa “özünün ən böyük rejissorlarından birini itirib”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG