Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44

-

Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO- nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qərar noyabrın 24- dən 28-dək keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında qəbul edilib.

Xəbərdə deylir ki, Kəlağayı faylı ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Bu qərarla komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq edib.

Hazırda Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG