Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

-

AMEA-nın müxbir üzvü Cavad Abdinov büdcədə elmin pulunun kəsiləcəyinə inanmır 2015-ci il üçün Azərbaycanda büdcədən elmə ayrılan maddi vəsait bu illə müqayisədə üç faiz azaldılıb, 143 milyon manat müəyyənləşdirilib. Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov elmə ayrılan vəsaitin azaldılması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır:

- Cavad müəllim, parlamentdə büdcə müzakirə edilir. Gələn il elmə ayrılan vəsaitin azaldılmasına münasibətiniz necədir?

- Bu barədə o vaxt söz demək olar ki, yekun büdcə dərc olunsun. Onda biləcəyik ki, büdcədə elmə ayrılan vəsait artırılıb, ya azalıb.

- Maliyyə naziri Samir Şərifov büdcə layihəsini parlamentə artıq təqdim edib.

- Həmişə maliyyə naziri bir rəqəm verir, müzakirədən, deputatların çıxışlarından sonra bəzi rəqəmlər dəyişir. Ola bilər ki, bu rəqəm dəyişsin. Fikrimcə, yəqin ki, elmə ayrılan vəsait artırılacaq.

- Cavad müəllim, ümumiyyətlə, Azərbaycanda elmi uğurlara imza atmaq üçün nələrə ehtiyac var? Məsələn, elə fizika sahəsində...

- Birinci növbədə eksperimental işlərin vəziyyətini yaxşılaşdırmaq üçün ayrılan vəsait artırılmalıdır ki, müasir cihazlar alınsın. Ancaq sizə deyim ki, elmə vəsait təkcə büdcədən yönəldilmir. Bilirsiniz ki, prezident yanında üç-dörd ildir Elm Fondu yaradılıb. Həmin fond hər il bütün elmi-tədqiqat müəssisələrinə bir neçə milyon əlavə vəsait verir. Məsələn, büdcədən əlavə Elm Fondundan Fizika İnstitutuna dalbadal bir il 3,5 milyon, bir il də 2,5 milyon manat həcmində maliyyə vəsaiti ayrılıb. Hələ kiçik qrantları demirəm. Bu vəsaitə xeyli müasir cihazlar alınıb. Hətta Rusiyada da bu cür cihazlar yoxdur.

- Bu cihazlar vasitəsilə hansı elmi tədqiqatlar aparılıb?

- Çox yüksək səviyyəli işlər aparılıb, hətta nəticələr də əldə edilib. Əgər siz Elmlər Akademiyasının 2013-cü ilin, o cümlədən bu ilin hesabatına baxsanız, görərsiniz ki, əvvəlki illərlə müqayisədə Fizika İnstitutunda necə müasir tədqiqatlar aparılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG