Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:33

Kosmosda ət parcası uçuşunun nadir görüntüləri (video)


-

Qızardılmış ət parçaşı kosmosda sərbəst uçuşda özünü necə aparır?

Bəri başdan deyirik, çox gözəl mənzərədir, videoyaya baxın .

Amma bu hadisənin ədəbiyyata aidiyyatını tapmaq elə də asan iş deyil. Belə aidiyyat isə birbaşadır. Çünki ət parçasının uçuşu yeni dərc olunan romanın reklam kampaniyasının bir və bəlkə də yeganə hissəsidir.

YouTube Videosu: yazı videonun altında davam edir

Yazıçı Nikesh Shukla satışa çıxardığı “Meatspace” əsərinə diqqəti cəlb etmək üçün qeyri-adi ideya axtarışında idi.

Meatspace termini bu yaxınlarda ingilis dilində virtual və ya online həyatın antonimi kimi peyda olub. Real həyat mənasını daşısa da, müəllif bu terminin əsasında duran ət və kosmos sözlərinə müraciət edir.

O, rəssam Nick Hearne ilə qərara gəlir ki, hava balonu ilə ət parçasını kosmosa yollasınlar və bunu videokamera ilə çəksinlər.

YouTube portalında yerləşdirdiyi videonun girişində Shukla və Hearne yazırlar ki, ağıllarına gələn ilkin ideya ət parçasını kometə göndərmək olub, lakin sonradan stratosferlə kifayətləniblər.

Londondakı Tayyabs restoranında hazırlanan qoyun qabırğasının qızartmasını çəngələ taxır, maşınla təqribən 200 kilometr yol qət edib onu hava şarında səmaya buraxırlar. Bu prosesi ilk andan son saniyələrədək GoPro kamerası ilə çəkirlər.

Helium qazı ilə dolu zond ət parçasını 25 min metr yüksəkliyə qaldırır, sonra da güclü şaxtanın təsirindən parçalanaraq məhv olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG