Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:12

Almaniya kansleri Merkel deyib ki, Rusiyanın Ukraynadakı hərəkətləri beynəlxal qanunları pozmaqdır və Avropada sülhə təhlükədir. Ancaq Avropa problemin həllində səbirli olmalıdır və vəziyyəti nəzarətdə saxlamalıdır.

Almaniya parlamentinə müraciətində Merkel deyib ki, Krımın anneksiyasına heç kim haqq qazandıra bilməz, Rusiyanın Donetsk və Luqanskda döyüşlərə birbaşa və ya dolayı qarışmasını heş kim əsaslandıra bilməz.

Noyabrın 26-da Merkel deyib ki, Rusiyanın hərəkətləri Avropanın nizamını sınağa çəkir.

Ancaq Merkel deyir ki, Rusiyanın Krımı tutması və Ukraynanın şərqində separtaçılara dəstəyi problemlərini asan həll etmək mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG