Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Şiələr Kərbəlaya gedir. Bu ziyarət ekspertin fikrincə, Ginnesin rekordlar kitabına yazılmalıdır

Qara dərililərin hüquq müdafiəçisi deyir ki, Fergusonda bitən birinci raunddur, mübarizə davam edir.

Avropanın sağları pulu hardan alır? Almaniya sağlarının satdığı qızıl hardandır?

Putinin reytinqi “qreçkanın” qiyməti ilə tərs mütənasib olacaq.

Dünya mediası bu gün nədən yazır?

İndependent qəzeti yazır ki, bu günlər dünyanın ən təhlükəli ziyarəti gedir. Şiə müsəlmanlar İslam dövləti yaraqlılarının nəzarətində olan ərazilərin yanından keçməklə İraqın Kərbəla şəhərinə gedirlər. Bağdadın 70 km-liyində olan Kərbəlada dekabrın 12-si müqəddəs gündür. İmam Hüseynin bu ilki təqvimlə ölüm gününün 40-dır.

680-ci ildə öldürülən İmam Hüseynin türbəsi Kərbəlada yerləşir. Bura 2013-cü ildə 40 ölkədən 20 milyon zəvvar gəlib.

Bu, dünyada ən yüksək illik göstəricidir. Hindlilərin Kumbh Melaya ziyarəti dünyada ən çox adam gələn ziyarətdir, ancaq bu ziyarət 3 ildən bir olur.

Məkkə ziyarətinə ildə 2 milyon adam gedir.

Kərbəla ziyarətləri isə indi çox təhlükəlidir. Keçən ilki Kərbəla ziyarətində onlarla adam öldü. Sünni yaraqlılar onlara raket atırdı, maşınlara bomba qoyurdu.

Məlumç olduğu kimi İslam Dövləti yaraqlılarının əsas hədəflərindən biri şiələrdir.

Kərbəlaya gedən yollar çox təhlükəlidir. Zəvvarlar Bəsrədən Kərbəlaya 450 km-lik yolu piyada 2 həftəyə gedir. Burda həddən çox adam var və hücum üçün çox əlverişlidir.

Sayed Mahdi al-Modarresi Huffington Post-da yazır ki, Kərbəla ziyarəti Ginnesin rekordlar kitabına yazılmalıdır: “bura bir ildə ən çox adam gəlir, pulsuz ən çox adam yedizdirilir, bir məclisə xidmət edən könüllülərin sayı ən çoxdur və bütün bunların hamısı intiharçı hücum təhlükəsi altında baş verir”.

“BİTƏN BİRİNCİ RAUNDDUR"

BBC xəbər verir ki, Ferguson etirazları Amerikaya yayılır. On minlərlə amerikalı ABŞ-ın bir çox şəhərlərində Fergusonun andlılar məhkəməsinin qərarına etiraza qalxıb. Etirazlar əsasən dinc keçirilir.

Missuri ştatının Ferguson şəhərciyində andlılar məhkəməsi 18 yaşlı qara dərili amerikalını güllələyənpolis zabitinə bəraət verdi. Bundan sonra qızışan etirazların qabağını almaq üçün Fergusona 2200 hərbçi gətirilib. Gecə 29 adam həbs olunub, bir polis qolundan güllə yarası alıb.

Məhkəmənin bəraət verdiyi 28 yaşlı polis zabiti Darren Wilsonun vəkilləri deyiblər ki, andlılar məhkəməsinin qərarı ədalətlidir. Onlar bildirirlər ki, düzgün qərar qəbul etməyə bəzən polisin saniyənin onda biri qədər vaxtı olur. Wilsonun özü ABC televiziyasına vicdanının təmiz olduğunu deyib. Öldürülən Michael Brownun vəkilləri isə məhkəmənin qərarını ədalətsiz sayırlar. Vəkil Kramp deyib:”biz gördük ki, məhkəmə prosesi vicdanlı deyildi”.

O bildirib ki, məhkəmədə müttəhimi qarşılıqlı dindirməyə məruz qoymadılar, “hətta hüquq fakultəsinin birinci kurs tələbəsi dəbunu daha yaxşı edərdi”. Qara dərili əhalinin hüquqlarının müdafiəçisi Sharlton deyib:”bu, Fergusonun problem deyil. Bütün ölkənin problemidir. Biz birinci raundu uduzduq. Ancaq döyüş bitməyib”.

PUTİNİN “QREÇKA” REYTİNQİ

Financial Times qəzeti yazır ki, Rusiyada qarabaşaq (qreçka) noyabrın əvvəlindən 27 faiz bahalanıb.Bəzi dükanlarda onun qiyməti 2 dəfə qalxıb. Bəzi yerlərdə qarabaşaq satışına limit qoyulub. Kənd təsərrüfatı nazirliyinin yüksək rütbəli məmuru qəzetə deyib ki,adamlar ərzaq ehtiyatı yığır, çünki özlərini təhlükəsizlikdə hiss etmirlər.

Qəzet yazır ki,hələ ciddi problem yoxdur, mağazaların piştaxtaları doludur. Ancaq qarabaşaq defisiti hər bir rusiyalıda belə bir hiss oyatdı ki, ölkənin problemləri indi hər bir kəsə aiddir.

Zəif rubl isə Rusiya şirkətlərinin ödəmə qabiliyyətinə mənfi təsir göstərir. İsveçrə şirkəti Stadler Rusiyanın Aeroekspress şirkətinə 25 yeni ikimərtəbələli vaqonların birinci partiyasını verib. Müqavilənin qiyməti 380 milyon avrodur. Rusiya şirkəti indi bunu ödəməkdə çətinlik çəkir. Çünki şirkətin satışı da rublladır, aldığı kreditlər də. Bunu avroya çevirmək isə indiki məzənnə ilə çox sərfəsizdir.Rublun düşməyinə görə Moskva metrosunun yeni xəttinin çəkilişi də dayandırılıb. Bu layihənin qiyməti 2 milyard dollar idi.

İFRAT SAĞLARA PUL VERƏN RUSİYALILAR KİMDİR?

İndependent qəzeti yazır ki, Putin Avropanın ifrat sağlarını maliyyələşdirir. Le Penin İfrat sağçı Mili Cəbhəsi Rusiyada heç kimə bəlli olmayan Birinci Çex-Rusiya Bankından 9 milyon avro kredit alıb. Bu bankın səhmlərinin 100 faizi idarə heyətinin sədri Roman Popovdadır. Ancaq Almaniya mediası yazır ki,əslində səhmlərin çoxu oliqarx Timchenkodadır. Timchenko Putinin yaxın dostudur.

İndependent güman edir ki,Kreml eyni qayda ilə Almaniyadakı sağ qüvvələri də maliyyələşdirir. Bunlardan biri ola bilsin ki, Avro və avrointeqrasiya əleyhinə olan “Almania üçün alternativ” partiyasıdır. Bu partiya getdikcə populyarlaşır. Almaniyanın Bild qəzetinin yazdığına görə,bu partiya öz xəzinəsini qızıl alveri ilə doldurur. Bu ilin oktyabrında bu partiya 2,1 milyon avroluq qızıl satıb. Ola bilsin ki,partiyanı maliyyələşdirmək üçün, Krem bu partiyanı Rusiyanın qızıl satışında vasitəçi edib.

MERKEL "OSTPOLİTİKƏ" SON QOYUR

Guardian yazır ki, Putinin üzünü Avropadan Asiyaya çevirməsindən çox danışılır. Ancaq Almaniya kansleri Merkel də Ostpolitik-ə - Şərq Siyasətinə əlvida deyir. Qəzet yazır ki,Merkel barədə bir fikri dəqiq demək olar: Merkel hər hərəkətini ölçüb-biçir, sözləri çox ehtiyatla seçir. Ona görə onun hər çıxışı çox dəyərlidir. Qəzetin fikrincə, böyük 20-liyin Avstraliyadakı toplantısında Merkelin çıxışı Şərq Siyasətinin bağlanması deməkdir.

Ostpolitik Almaniyada 1969-cu ildə başlanıb. O vaxtki Almaniya kansleri Willy Brandt yeni siyasət kursunu elan etdi- SSRI və Almaniya Demokratik Respublikası ilə dialoq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG