Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:51

DİN Asif Yusifli ilə bağlı məlumat yayıb [Video]


-

O, dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Yazı yenilənib. Ən son xəbərlər mətnin əvvəlində.

AXCP ali məclisinin üzvü Asif Yusifli vətəndaş Fəridə Zülfüqarovanın 7 min 700 manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuaxt xidməti məlumat yayıb. Məlumatda deyilir ki, istintaqdan yayınan Asif Yusifli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə saxlanılıb.

«ASİF BƏYİ DÖVLƏT ORQANLARI OĞURLAYIB»

«Bu da bunların «Qarabağ sevgisi». «AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli dünəndən oğurlanmışdı, yoxa çıxmışdı. İndi məlum olur ki, Asif bəyi də oğurlayan dövlət orqanları olub. Ona qarşı da hansısa cinayət işi düzüb, qoşublar. İndi ölkəni yönəldənlərin hərəsi bir tərəfdə fərarilik edəndə Asif bəy əlində silah Qarabağ üçün savaşırdı».

Bunu AXCP sədri Əli Kərimli öz facebook hesabında yazıb. O, Asif Yusiflinin Qarabağ savaşından sonra da hər zaman haqqı pozulanların yanında olduğunu bildirib:

«AXCP Rəyasət Heyəti üzvü kimi haqsız, ədalətsiz, saxtakar rejimlə mübarizənin ön xəttində olub. Hüquqşünas kimi də yüzlərlə, minlərlə hüququ pozulan soydaşımızın hüquqlarını qoruyub. Qarabağ qazisi olaraq hökumətin Qarabağ qazilərinə və veteranlarına biganə münasibətinə etiraz edib. Və nəhayət, bu gün vətən qarşısındakı bu xidmətlərinə görə şərlənərək, həbs olunub. Asif bəy düşmənlə savaşdan mərdliklə çıxmış bir igiddir. Əminəm ki, bu yolda çoxlu məhrumiyyətlər yaşasa da, sonda ölkəmizin taleyi uğrunda apardığı mübarizədən də qələbə ilə çıxacaq».

ASİF YUSİFLİ KÜRDƏXANIYA GÖNDƏRİLƏCƏK

AXCP-nin rəyasət heyətinin üzvü, AXCP sədrinin müşaviri Asif Yusifli barəsində Nərimanov məhkəməsi 4 ay həbs qərarı seçib. O, dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim öz facebook hesabında yazıb.

A.Yusifli məhkəmədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılıb. Ordan isə Kürdəxanıya göndəriləcək.

NAZİRLİK DƏ YERİNİ BİLMİR

AXCP-nin rəyasət heyətinin üzvü, AXCP sədrinin müşaviri Asif Yusiflidən xəbər yoxdur. Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib. Onun sözlərinə görə, A.Yusiflinin yaxınlarının «102» xidmətinə etdikləri müraciət araşdırılır, hələki onun harada saxlanması haqda xəbər yoxdur.

O. Mansurzadə vəkil Elçin Namazovun həbsini şərh etmək istəməyib:

«Elçin Namazovla bağlı bütün xəbərlər mediada gedib. Detalları haqda məlumatı isə məhkəmədən öyrənə bilərsiniz».

Noyabrın 25-də Xətai rayon məhkəməsinin qərarı ilə Elçin Namazov 15 sutka həbs olunub. O polisin qanuni tələbinə əməl etməmədə suçlanır.

AXCP sədrinin müşaviri Asif Yusifli noyabrın 25-də maşında sürücünün mağazadan siqaret almasını gözləyib, sürücü qayıdanda görüb ki, o maşında yoxdur. Telefonlarına zəng çatmayıb. Bundan sonra yaxınları DİN-in «102» saylı qaynar xəttinə zəng edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG