Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:21

Azərbaycanda ictimai nəqliyyatda vahid kart sisteminin tam tətbiqinə gələn ilin mart ayının 1-dən başlanılacaq.

«APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

«Azərbaycanda ictimai nəqliyyatda vahid elektron ödəmə sisteminin tətbiqi üçün kifayət qədər işlər görülməlidir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarınadək, daha dəqiq mart ayının 1-dən etibarən bu sistemə tam keçid baş tutacaq», - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, sözügedən kartlar təkcə avtobuslarda deyil, həm də metropolitendə də istifadə olunacaq.

«Gələcəkdə vahid kartlardan bütün nəqliyyat vasitələrində istifadə olunacaq. Biz bank kartlarının da bu ödəmə sistemində istifadə olunmasını istəyirik», - deyə M. Pənahov qeyd edib.

Nazir müavini bildirib ki, vahid kart sisteminin tam tətbiqi ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq: «Qiymət artımı ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır, təkliflər səsləndirilir, lakin hal-hazırda gündəlikdə belə bir məsələ yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG