Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:37

Dağıstana dəyən ziyan öyrəniləcək


Noyabrın 26-da dövlət komissiyası Rusiyanın Dağıstan Respublikasına hərbi əməliyyatların vurduğu ziyanı öyrənməyə başlayır.

Sentyabrda şübhəli yaraqlılara qarşı geniş miqyaslı əməliyyatlar nəticəsində minədək sakin Dağıstanın mərkəzindəki Vremenny yaşayış məntəqəsində evlərindən çıxmağa məcbur olub.

Boşaldılmış məntəqədə hələ də təhlükəsizlik qüvvələri qalır.

Evindən didərgin düşmüş sakinlər Prezident Vladimir Putin, Dağıstanın başçısı Ramazan Abdulatipova məktublar yazıb, evlərinin bərpası, ya da başqa yerə köçmək üçün kompensasiya istəyib.

Vremenny-nin daxil olduğu Gimry kəndinin başçısı Aliaskhab Magomedov deyib ki, qiymətləndirmə 4 gün çəkəcək.

Dağıstan Şimali Qafqazda islamçı yaraqlıların əsas hədəfidir. Qonşu Çeçenistanda sovetdən sonra iki separatçı müharibə baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG