Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:19

İlahiyyatçı Taleh Bağırov karserdən çıxarılıb. Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində məlumat verib. Vəkil noyabrın 25-də Taleh Bağırov və Abgül Süleymanovla görüşdüyünü yazıb:

«Dünən 12 saylı cəzaçəkmə müəssisəsində Hacı Taleh Bağırovla, 13 saylı CCM-də Hacı Abgül Süleymanovla görüşdüm. Taleh Bağırov karserdən çıxarılıb və ümumi əsaslarla saxlanılır (sadəcə ayrı nəzarət altında), onun telefon və yaxınları ilə görüş məsələsində problem olmamalıdı. Ümid edirik ki, ona qarşı intizam tədbirləri bundan sonra olmayacaq. Abgül Süleymanov karserdə saxlanılır, Abgül Süleymanovun bu yaxınlarda Qobustan həbsxanasına keçirilməsi barədə təqdimatın məhkəməyə göndərilməsi gözlənilir».

Cavad Cavadov yazır ki, Taleh Bağırovun həbsxanaya keçirilməsinə dair artıq Qaradağ rayon Məhkəməsinə təqdimat verilib. Bu barədə vəkil Anar Qasımlı məlumat verib.

Taleh Bağırov ötən il martın 31-də tutulub, narkotik vasitə saxlamaqda təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu il avqustun 13-də Taleh Bağırovdan mobil telefon tapıldığına görə məhkəmə cəza müddətinə 4 ay da əlavə edib.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. O, dini nifrət və düşmənçiliyin salınmasında, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, qanunsuz silah və narkotik saxlamada təqsirli bilinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG