Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:26

-

Reuters Agentliyi Çili məhkəməsinin Pinochetin yaxın çevrəsindən 2 hərbçiyə hökm çıxardığını bildirib. İstintaq araşdırması Augusto Pinochetin diktatura dönəmində həmin hərbçilərin ölkənin indiki prezidenti Michelle Bacheletin atasına – general Bacheletə işgəncə verdiyini aydınlaşdırıb.

İstefada olan polkovniklər – Edgar Dale Cones və Ramón Cáceres Horker, uyğun olaraq, 2 və 3 il həbsə məhkum ediliblər. Hər iki keçmiş hərbçi Çili Hərbi Hava Qüvvələrinin briqada generalı Alberto Bacheletə -in ölümünə səbəb olan işgəncələrə imkan yaratmaqda suçlu biliniblər.

1973-cü ilin sentyabrında baş verən hərbi çevriliş nəticəsində general Pinochet hakimiyyətə gəlmişdi. O vaxt indiki Çili prezidentinin atası qanuni prezident, sosialist Salvador Alyendeyi dəstəklədiyindən, diktaturanın ilk qurbanlarından biri olmuşdu. Alberto Bacheletə vətənə xəyanətdə ittiham edilərək həbsə atılmış və işgəncələr ucbatından məhbəsdə ürək tutmasından ölmüşdü.

Reuters Agentliyi Çilinin indiki prezidenti – 2-ci dəfə dövlət başçısı seçilən michelle Bachelet də diktatura dönəmində həbs və aşağılanmaqdan yaxa qurtara bilməmiş, amma daha sonra anasıyla birgə ölkədən çıxmağı bacarmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG