Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54

Ukrayna şərq hissəsində Rusiyanın daha çox qüvvə topladığını deyir


Şərqi Ukrayna

Şərqi Ukrayna

Ukrayna şərq hissəsində rusiyayönlü separatçılara Rusiyanın hərbi dəstək göndərməsinə dair yeni ittihamlar səsləndirib.

Xarici işlər nazirliyinin sözçüsü deyib ki, noyabrın 24-də Ukrayna ərazisinə beş karvanlıq ağır texnika keçib.

Evhen Perebyinis noyabrın 25-də jurnalistlərə deyib ki, həmin 5 karvanda cəmi 85 maşın olub və onlar Rusiya tərəfdən Izvaryne məntəqəsindən keçiblər.

“Rusiya Donetsk və Luqansk respublikalarında terrorçu təşkilatlara ağır texnika göndərməkdədir,” Perebynisis deyib.

Ukrayna ordusu son 24 saat ərzində bir əsgərinin öldürüldüyünü, 5-nin yaralandığını bildirir.

Sentyabrın 5-də tərəflər atəşkəs sazişi əldə ediblər. Ukraynanın şərqində 6 aylıq münaqişədə 4.300-dən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG