Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Leysan Əli Bayramlıya ciddi ziyan vurub


Əli Bayramlıda heç zaman belə güclü leysan olmayıb
Əli Bayramlıda heç zaman belə güclü leysan olmayıb

Oktyabrın 10-da axşam saatlarında yağan güclü leysan və dağlardan gələn sel nəticəsində Əli Bayramlı şəhərinə ciddi zyian dəyib. Şəhərin küçələrini, evlərin zirzəmilərini, uşaq bağçaları və orta məktəbləri su basıb. Bir neçə ev uçub, dəmiryol xəttinin və avtomobil yolunun bir hissəsi sıradan çıxıb. Orta məktəblərdə dərs davam etsə də, uşaq bağçalarının bəzisi işləmir. Elektrik enerjisinin isə yaxın saatlarda veriləcəyi gözlənilir.


Təbii fəlakətin vurduğu ziyanın qarşısını almaq üçün Baş nazirin müavini Abid Şərifov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Prezident Aparatının əməkdaşları Əli Bayramlıya gedib.


Əli Bayramlı Şəhər İcra Hakimiyyətində ümumi şöbənin müdiri Şahid Əfəndiyev deyir ki, Bakıdan gələn nümayəndə heyəti görüləcək işləri planlaşdırır. Küçə və zirzəmilərdən suyu çəkmək üçünsə ətraf rayonlardan əlavə texnika cəlb olunub.


Cənab Əfəndiyevin sözlərinə görə, dəyən ziyanın miqdarı və tələfat haqda dəqiq məlumat yoxdur. Bu haqda komissiya ilkin məlumatı oktyabrın 12-də açıqlaya biləcək. Hələlik dəqiqləşdirilə bilən məlumat belədir:


«Ona yaxın ev qəza vəziyyətindədir. Bir neçə ev uçub. Xeyli sayda mal-qara tələf olub».


Şəhər sakinlərinin sözlərinə görə, Əli Bayramlıda heç zaman belə güclü leysan olmayıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG