Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:16

Polşada holokost qurbanlarının 8 ayaqqabısı oğurlanıb


Polşa, həbs düşərgəsi

Polşa, həbs düşərgəsi

Vaxtilə holokost qurbanlarına məxsus 8 ayaqqabı Polşanın Majdanek həbs düşərgəsindən oğurlanıb. Hazırda burada dövlət muzeyi yerləşir.

Polşanın PAP agentliyi noyabrın 25-də xəbər yayıb ki, polis oğurluq hadisəsinin noyabrın 18-20-də baş verdiyini düşünür. Muzey əməkdaşı ayaqqabıları qoruyan metal şəbəkənin kəsildiyini və ayaqqabıların oğurlandığını görüb.

Bu muzeydə həbs düşərgəsində öldürülmüş 56 min yəhudinin ayaqqabısı saxlanır. Düşərgə II Dünya Müharibəsində Polşanı tutmuş nasist Almaniyası tərəfindən idarə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG