Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:06

Suriyalı fəallar bildirirlər ki, İslam Dövləti (İD) silahlı qruplaşmasının paytaxt elan etdiyi Rakka şəhərinə hava zərbələrindən azı 60 nəfər həlak olub, onlardan 36-ı dinc sakinlərdir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə Təşkilatı noyabrın 25-də bildirib ki, onlarla adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

Qurumun məlumatına görə, Rakka əsas sənaye zonasına iki davamlı zərbələr daha çox itkiyə səbəb olub.

İD (İŞİD) ekstremist qrupu 2013-cü ilin yazında Suriyada meydana çıxıb, Rakkanı mərkəzinə çevirib. Suriya hökuməti və ABŞ koalisiyası İD mövqelərini tez-tez hədəfə alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG