Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:35

Fransa Ukraynadakı böhrana görə Rusiyaya hərbi gəmi göndərməyi ertələyib. Noyabrın 25-də Fransa prezidenti Francois Hollande deyib ki, “Ukrayananın şərqindəki hazırkı durum Moskvaya iki gəmidən birincini göndərməyə imkan vermir”.

“Vladivostok” gəmisi Rusiyaya oktyabrın sonu-noyabrın əvvəlində çatdırılmalıydı. “Sevastopol” gəmisinin isə gələn il göndərilməsi planlaşdırılırdı.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Fransa gəmiləri göndərməsə, bunun haqqını ödəməlidir.

“Fransa bizə ziyanı və ilkin ödənişi qaytarmalıdır,” müdafiə nazirinin müavini Yuri Borisov dövlət televiziyasına deyib.

Təhlilçilərin fikrincə, Qərb müttəfiqləri Fransaya təzyiq edir ki, Ukrayna böhranına görə Rusiyaya gəmiləri çatdırmasın.

Günün bütün mövzuları

XS
SM
MD
LG