Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Mobil telefonda həyəcan siqnalı


əvvəllər telefonu oğurlananlar zarıyırdısa, indi oğurlanmış telefonun özü «zarıyacaq»

əvvəllər telefonu oğurlananlar zarıyırdısa, indi oğurlanmış telefonun özü «zarıyacaq»

Mobil telefonu oğurlananlar bilir, bu, adama olduqca pis təsir edir. İndi Böyük Britaniyanın bir şirkəti bildirir ki, əvvəllər telefonu oğurlananlar zarıyırdısa, indi oğurlanmış telefonun özü «zarıyacaq». Burda yeni olan odur ki, indiyə kimi yalnız bahalı mallara, məsələn, minik maşınlarına həyəcan siqnalı qoyulurdusa, hazırda ilk dəfə olaraq ucuz mala - əl telefonuna belə, həyəcan siqnalı qoyulur. Telefon oğurlanarsa, bərkdən «qışqırmağa», «zarımağa» başlayır.


Mobil Telefon Sənayesində Cinayətkarlığa Qarşı Hərəkat adlı Britaniya təşkilatının sədri Cek Reyz: «Oğru telefonu oğurlayanda fikirləşir ki, SİM kartı çıxardacaq, telefonu da satacaq. Ancaq SİM kartı çıxardanda telefon həyəcan vəziyyətinə gəlir və aparata yeni SİM kart salınan kimi səs salmağa başlayır».


ABŞ-ın «Netflix» şirkəti isə alıcının nə istədiyini daha dəqiq müəyyən edən kompyuter proqramı düzəltməyə və ya heç olmasa, ideya verməyə 1 milyon dollar mükafat təklif edir. Şirkətin əməkdaşı Stiv Sveysi: «Biz istəyirik ki, nəinki Amerikadan, məsələn, Bolqarıstandan da güclü proqramçılar «Netflix» prizi yarışına qoşula və uda bilsinlər, əlbəttə, əgər bizim öz mövcud proqramımızı məğlub edə bilsələr».


«Netflix»in öz proqramı isə belə işləyir. Məsələn, biri «ulduz müharibələri» filmini icarəyə götürürsə, proqram qeyd edir ki, bu adamın fəza filmlərindən xoşu gəlir, filmi qaytaranda isə proqram soruşur ki, nə qədər xoşuna gəldi? Bu cavab gələcəkdə «Netflix»ə imkan verir ki, alıcıya hansı filmləri tövsiyə etməyi müəyyən edə bilsin.


«Netflix»in məlumatına görə, yarış élan olunandan 12 saat keçməmiş 52 ölkədən 2 milyon 500 min adam qeydiyyatdan keçib. Maraqlananlar qaydaları www.netflix.com saytından tapa bilərlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG