Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

Vəkil Elçin Namazov həbs olunub


Elçin Namazov
Elçin Namazov

-Noyabrın 25-də Xətai rayon məhkəməsinin qərarı ilə Elçin Namazov 15 sutka həbs olunub. O polisin qanuni tələbinə əməl etməmədə suçlanır. Bu haqda AzadlıqRadiosuna qardaşı Əkrəm Namazov məlumat verib. Onun sözlərinə görə, E.Namazovun ofisində axtarış aparılıb, bütün məhkəmə və digər sənədləri götürülüb.

Elçin Namazov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Vəkilin onunla görüşünə imkan yaradılmayıb.

2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılıb. Qərarda onun məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozduğu göstərilib. E.Namazov sözügedən məhkəmədə 2 aprel aksiyaçılarının hüquqlarını müdafiə edirdi.

E.Namazov Kollegiyanın bu qərarını qərəzli, müstəqil vəkillərin susdurulması, çıxdığı siyasi işlərlə bağlı olduğunu hesab edib.

Vəkillikdən uzaqlaşdırılandan bəri E.Namazov məhkəmədə hüquqi nümayəndə kimi çıxırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG