Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:39

AXCP sədrinin müşaviri Asif Yusifli oğurlanıb


Milli Şuranın mitinqi, 12.10.2014
Milli Şuranın mitinqi, 12.10.2014

-

“AXCP sədrinin müşaviri Asif Yusifli təşkilatın Nərimanov şöbəsinin sədri Hacı Abbaslının maşını ilə birlikdə ofisə gedib, qayıdarkən sürücü siqaret üçün mağazaya girib və çıxanda görüb ki, Asif bəy yoxdur”.

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, hadisə noyabrın 25-də günorta saatlarında baş verib. Asif Yusiflinin telefonlarına zəng çatmayıb, özündən bir xəbər çıxmayınca Daxili İşlər Nazirliyinin “102” saylı qaynar xəttinə məlumat verilb:

“Lakin hələki DİN-dən hanısa məlumat yoxdur. Asif Yusiflinin harada olmasından isə xəbərsizik”. - Gözəl Bayramlı deyir. Onun sözlərinə görə, Asif Yusifli ayaqlarından əməliyyat olub. Bir həftədir yataq şəraitində müalicə olunurdu:

“Əməliyyatdan sonra bu gün ilk dəfə şəhərə çıxırdı. A.Yusifli ailə üzvlərinə və yaxınlarına əməliyyatdan öncə izləndiyini deyib”.

Asif Yusifli AXCP-nin fəallarından hesab olunur. O, aksiyalarda, özəlliklə seçilir. A.Yusifli Qarabağ uğrunda gedən döyüşlərdə yaralanaraq, əlil olub.

DİN-dən telefonlarımıza cavab verən olmadı.

XS
SM
MD
LG