Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:04

Khamenei :"Qərb İranı diz çökdürə bilməyəcək"


İranın Ali Lideri Ayətullah Khamenei Qərbə xəbərdarlıq edib ki, onlar heç vaxt İranı dizi üstə qoya bilməyəcəklər.

O bildirib ki, nüvə proqramı məsələsində Qərb İranı dizi üstə qoymaq istədi, ancaq bacarmadı və bacarmayacaq.

Bu, noyabrın 25-də, ekspertlərin fikrincə,Khameneinin ofisinin idarə etdiyi Twitter hesabında yazılıb.

Khamenei eyni sözləri günün sonunda ruhanilərə müraciətində də deyib. O bildirib ki, “ABŞ və Avropa müstəmləkəçiləri nüvə məsələsində İranı dizi üstə çökdürmək istədilər, ancaq bacarmadılar və bacarmaycaqlar”.

İran prezidenti Rouhani noyabrın 24-də Vyanada 6 superdövlətlə danışıqlar nəticəsiz qalanda və gələn ilin ortasınadək danışıqların vaxtı uzadılanda bildirdi ki, bu, İranın əhəmiyyətli qələbəsidir.

XS
SM
MD
LG