Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:39

-

«Tərəfləri məhkəməyə dəvət etdilər. Hətta Rauf Mirqədirovun özünü də məhkəməyə gətirmişdirlər. Amma proses olmadı. Çünki hakim kabinetindən xəbər göndərdi ki, məhkəmə zalına düşmür, hər kəs çıxıb getsin».

Vəkil Elmar Süleymanov Rauf Mirqədirovun noyabrın 25-də Nəsimi rayon Məhkəməsində keçirilməsi planlaşdırılan məhkəməsində baş verənləri belə təsvir edir. Vəkilin dediyinə görə, noyabrın 20-də Nəsimi rayon Məhkəməsi Rauf Mirqədirovun həbs müddətini daha 5 ay uzadılmasına qərar vermişdi. Bu gün məhkəmə həbs-qətimkan tədbirinin uzadılması zamanı məhkəmə iclas protokolunda yol verilmiş nöqsanlara baxacaqdı:

«Amma hakim Elman İsayev məhkəmə zalına düşməkdən imtina etdi. Biz bununla bağlı məhkəmə sədrinə şikayət verdik. Bildirdik ki, hakimin məhkəmə zalına gəlməməsi qanun pozuntusudur. Amma nəticə olmadı. Hakimin öz kabinetində, xidməti otağında dövlətin adından qərar qəbul etməsi kimi səlahiyyəti yoxdur. Ümumiyyətlə, mən bu hadisəni şərh etməyə söz tapmıram. Leksikonumda bu olayı şərh edə biləcək söz yoxdur».

Vəkil deyir ki, Rauf Mirqədirov özü də bu hadisələrdən şok olub. Qanunların bu şəkildə pozulması, ağla gəlməyən özbaşınalıq onları şok edib. Elmar Süleymanov bütün bunların Rauf Mirqədirovun siyasi sifarişlə həbsinin sübut olunduğunu bildirir:

«Son hadisələr Azərbaycanda ədalət mühakiməsinin iflasıdır».

AzadlıqRadiosu baş verənlərlə bağlı Nəsimi rayon Məhkəməsinin mövqeyini öyrənməyə çalışır.

Rauf Mirqədirov 2010-cu ildən «Zerkalo» qəzetinin Türkiyədə xüsusi müxbiri olub. 2014-cü il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib. Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır.

Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG