Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

-

Ünlü rəssam şahzadəni küçədə gördü və əsmər çöhrəsindən çox təsirləndi...

“Nərmin Sultan” ("Siyah Koltukta Cariye") tablosu Londonda

Məşhur fransız rəssamı Henri Matisse’in Sultan Əbdüləzizin nəvəsi və gözəlliyilə hər zaman diqqət çəkən Nərmin Sultanı təsvir etdiyi bir tablosu 2015-ci ilin fevralında Londondakı Sotheby’s Hərrac Evində satışa çıxarılacaq.

Türkiyənin “Sabah” qəzetinin yaydığı xəbərə görə, tablonun 12 milyon sterlinqə (15 milyon Avro) satılması gözlənilir.

Nərmin Sultan 1923-cü ildə İstanbulda doğulub.

Atası Şahzadə Şövkət Əfəndi Sultan Əbdüləzizin oğlu, anası Adilə Xanımsultan isə Sultan Əbdülhəmidin qızı Naimə Sultanın qızı olub.

1924-cü ildə Osmanlı xanədanı Türkiyədən köçməyə məcbur qalanda, Nərmin Sultanın 1 yaşı olub.

Sultanın uşaqlığı və gəncliyi Cənubi Fransada nənəsi Naimə Sultanın yanında keçib.

İlk dəfə qonşuluqda yaşayan ünlü rəssam 16 yaşlı Nərmin Sultanı 1940-cı ildə küçədə görüb və onun gözəl, əsmər çöhrəsindən çox təsirlənib.

Xeyli dil tökəndən sonra şahzadə xanımdan çəkilməyə razılıq alıb.

Sonralar Nərmin Sultan rəssamın “ən sevdiyi modellərdən” olub.

İkinci Dünya Savaşı dönəmində sultan ailəsilə Arnavuta yerləşib. Nərmin Sultanın nənəsi elə Arnavutda vəfat edib.Nişanlısı isə Arnavut lideri Ənvər Hocanın kommunist birlikləri tərəfindən gözləri önündə güllələnib.

Nərmin Sultan atası Şahzadə Şövkət Əfəndi ilə bir ingilis gəmisinə minərək çətinliklə Misirə keçə bilib. Oradan Əlcəzairə, daha sonra təkrar Fransaya qayıdıb. Şahzadə xanımın sonrakı həyatı daha faciəli olub.

Atasının vəfatından sonra keçirdiyi sarsıntı nəticəsində uşaqlıqdan onu izləyən sümük əriməsi xəstəliyi şiddətlənib və şahzadə xanım xəstəxanaya yerləşdirilib.

25 il yataq xəstəsi olan Nərmin Sultan bir xəstəxananın “möhtaclar” bölümündə , Fransa hökumətinin kasıblar üçün ayırdığı maaşla dolanıb.

Sultan 75 yaşında elə xəstəxanada dünyadan köçüb.

Onun cənazəsini doktoru öz xanımıyla qəbiristanlığa aparıb...

Günün bütün mövzuları

XS
SM
MD
LG