Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:30

Hollande Mistral vertolyotdaşıyan gəminin Rusiyaya verilməsini təxirə salıb


Fransa prezidenti HollandeMistral vertolyot daşıyan 2 gəmidən birincisinin Rusiyaya verilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Həmin gəmilər Rusiyanın sifarişi ilə düzəlib.

Hollandenin ofisi bildirib ki, Fransa prezidentiUkraynanın şərqindəki vəziyyətin birinci Mistralın verilıməsinə imkan yaratmadığını düşünür. Buna görə Hollande Mistralın verilməsinin təxirə salınmasını məqbul sayır.

Fransa bir neçə aydır ki, Qərb ölkələrinin təzyiqi altındadır. Onlar tələb edirlər ki, Fransa Mistralları Rusiyaya verməsin.
Fransanınvertolyot daşıyan gəmilərə görə Rusiya ilə müqaviləsi 1,2 milyard avrodur.

Rusiyanın müdafiə nazirinin müavini Borisov deyib ki, Rusiya bu qərarla bağlı heç bir tələb irəli sürməyəcək, ancaq Rusiya ümid edir ki, Fransa müqaviləni yerinə yetirəcək.

XS
SM
MD
LG