Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:49

Son 25 ildə Roma papasınınAvropa parlamentində ilk çıxışını edən Papa Francis deyib ki, Avropa qoca və yorğun görsənir. Noyabrın 25-də Avropa Parlamentində Papa deyib ki, Avropa Birliyi “nənə” kimi görünür və “canlı” deyil. Papa qanunvericiləri insan haqlarında və insanların ləyaqətində cəmləməyə çağırıb.

Papa Avropa ölkələrini miqrantlara daha açıq olmağa, Aralıq Dənizinin onlar üçün məzara çevrilməsinə imkan verməməyəçağırıb. O, Avropaya qayıqlarla gələn miqrantların dənizdə batmasına işarə edib.

O daha sonra deyib ki, Avropanınböyük ideyalarının yerini indi bürokratiya tutub.

Avropa parlamentində Roma Papası axırıncı dəfə 1988-ci ildə çıxış edib. Həmin çıxışı Papa John Paul İİ etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG