Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

NATO Baş Katibi Jens Stoltenberg Dağlıq Qarabağda insidentdən və zorakılığın artmasından narahatlıq bildirib. O, bunu noyabrın 24-də Haaqada NATO Parlament assambleyasının toplantısında deyib.

“Mən Dağlıq Qarabağda bu yaxınlardakı insidentlərdən və zorakılıqdan narahatam. Bu onu göstərir ki,münaqişənin hərbi yolla həlli yoxdur”.

Stoltenberg əlavə edib ki, siyasi həllə alternativ yoxdur.

O deyib ki, “mən NATO-nun birbaşa rolunu görmürəm, ancaq Dağlıq Qarabağda danışıqlar yolu ilə dayanıqlı sülh həllinin tapılmasıüçün şərait yaratmaqdaNATO Minsk prosesini dəstəkləyir.

Stoltenberg Ukrayna barədə deyib ki, NATO-nun qapıları Ukraynaya açıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG