Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:43

«Qadınlara səlahiyyət – cəmiyyətə tərəqqi»


«Qadınlara qarşı zorakılıq insan hüquqlarının pozulmasıdır... Bu, cəmiyyətdə qadınlar və kişilər arasında qeyri-bərabərliyin aradan qaldırılması yolunda başlıca maneədir». Bunu ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Dereck Hogan noyabrın 25-də Bakıda keçirilən beynəlxalq konfransda deyib. Xəbəri USAID/Azərbaycan yayıb.

25 noyabr Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə beynəlxalq gündür. Bu günü qeyd etmək məqsədilə USAID Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatı ilə birgə «Gender əsaslı zorakılıq və erkən nikahlara qarşı mübarizə» adlı konfrans təşkil etdilər.

Konfrans «Qadınlara səlahiyyət – cəmiyyətə tərəqqi» şüarı altında keçirilib. Tədbirdə Azərbaycanda gender əsaslı zorakılıq və erkən nikahlar məsələləri müzakirə olunub, bu sahədə hökumətə tövsiyələr hazırlamaq məqsədilə əsas maraqlı tərəflər bir araya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG