Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:23

İrandan Azərbaycana xeyli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, əməliyyat zamanı ümumi çəkisi 10 kq 800 qram olan narkotik vasitə tutulub.

Noyabrın 17-də həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycana gətirilən 5 kq tiryək və 5,8 kq marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG