Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17

Xarkovda hərbi hissə yaxınlığında partlayış olub


Çərşənbə axşamına keçən gecə Xarkovda hərbi hissə yaxınlığında partlayış olub. Zərərçəkənlər barədə məlumat yoxdur.

Şahidlərin tvitterdə yazdığına görə, yaxınlıqdakı evin bütün şüşələri qırılıb, hərbi hissənin beton hasarı üzərində böyük deşik yaranıb. Partlayıcının yaxınlıqdakı zibil qabına qoyulduğu ehtimal olunur.

Bu, son bir həftədə Xarkovda baş verən üçüncü partlayışdır. Öncə hərbi hospital və dəmiryol deposunda partlayış baş verib.

Noyabrın 10-da «Stena» gecə klubunda partlayışda isə 8 nəfər xəsarət alıb, 2-si ağır yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG