Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:53

Papa Francis Avropadan danışacaq


Noyabrın 25-də Papa Francis Avropa barədə ilk çıxışını edəcək. Papa Avropa Parlamenti və Avropa Şurasına 4 saatlıq səfər həyata keçirəcək.

Francis-dən əvvəl 1988-ci ildə Papa II İohan Pavel (John Paul II) Strasburqda olub.

Köməkçilərinin dediyinə görə, Francis işsizlik və immiqrasiyadan danışacaq. Papanın çıxışında ötən ay Avropa yepiskopları ilə özəl görüşündə qaldırdığı mövzulara toxunacağı da gözlənir.

Həmin görüşdə Papa hazır qeydlərdən kənara çıxaraq Avropanın «yaralı» olduğunu deyib. O, İspaniya və İtaliya kimi ölkələrdə özəlliklə gənclər arasında işsizliyin artmasına eyham vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG