Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13

Ferqyuson qətlinə görə polis ittiham olunmayacaq


Missuri,Ferqyuson şəhərində Michael Brown-un öldürülməsinə görə keçirilən etiraz aksiyası

Missuri,Ferqyuson şəhərində Michael Brown-un öldürülməsinə görə keçirilən etiraz aksiyası

Birləşmiş Ştatlarda qaradərili yeniyetməni öldürmüş ağdərili polis ittiham olunmayacaq. Bu il avqustun 9-da Missuri ştatının Ferqyuson şəhərində Michael Brown-un öldürülməsinə görə həftələrlə etirazlar keçirilmişdi.

Ancaq Andlılar Məhkəməsi polis zabiti Darren Wilson-u ittiham etməyə əsas tapmayıb. Brown-un ailəsi məhkəmənin qərarından “dərin sarsıldığını” deyib.

Prezident Barack Obama etirazçıları təmkinli olmağa çağırıb. Ancaq bu xəbər Ferqyuson küçələrində qəzəb doğurub. Azı bir polis maşını yandırılıb, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumatlara görə, etirazlar Nyu York, Los Anceles daxil olmaqla, digər şəhərlərə yayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG