Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

Qərb Rusiya ilə Abxaziyanın sazişini pisləyir


Russiya prezident Vladimir Putin Abxaziya lideri Raul Khajimba. Soçi

Russiya prezident Vladimir Putin Abxaziya lideri Raul Khajimba. Soçi

Qərb Rusiya ilə Gürcüstanın separatçı Abxaziya regionunun bağladığı sazişi tənqid edir. Rusiya prezidenti Vladimir Putinlə Abxaziya lideri noyabrın 24-də Soçidə “strateji tərəfdaşlıq” sazişi imzalayıb.

Tbilisi bu paktı Moskvanın həmin regionu anneksiya cəhdi adlandırıb. Sənədə görə, rus və abxaz qüvvələri Rusiyanın rəhbərliyi altında birləşəcək. Putin onu da deyib ki, Moskva 2015-ci ildən Abxaziyaya subsidiyaları 200 milyon dollara çatdıracaq.

ABŞ Dövlət Departamenti bildirib ki, Rusiya və Abxaziya arasında “qondarma sazişi” tanımayacaq. NATO baş katibi Jens Stoltenberg-in sözlərinə görə, saziş Gürcüstandakı münaqişənin sülh yoluyla həllinə kömək etməyəcək.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini deyib ki, bu sənəd Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG