Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Poroshenko yeni hökumətin tezliklə yaradılacağını deyir


Petro Poroshenko

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko vəd edir ki, bu həftə yeni hökumətin formalaşdırılmasına doğru ilk addımlar atılacaq. Birləşmiş Ştatlar və Qərb dövlətləri Kiyevi oktyabr seçkilərindən sonra hökuməti formalaşdırma bilmədiyi və islahatları yubatdığı üçün tənqid edib.

Təhlilçilərin fikrincə, yubanma Poroshenko ilə baş nazir Arseny Yatseniuk-un əsas vəzifələrlə bağlı fikir ayrılığından irəli gəlir.

Bu arada Poroshenko elan edib ki, Litva Ukraynaya ölkənin şərqində rusiyayönlü separatçılarla mübarizə üçün hərbi yardım ayıracaq.

Ukraynanın NATO-ya qoşulması sualına cavabında Poroshenko bir neçə ildən sonra referendum keçirməkdən danışıb, deyib ki, indi bu yöndə cəhdlər “xeyirdən çox ziyan gətirər”.

XS
SM
MD
LG