Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:17

-

Amerikanın populyar uşaq yazıçısı Daniel Handler qaradərililərlə bağlı etdiyi zarafata görə üzr istəyib.

Üstəlik də uşaq kitablarının yazılması və çapı sahəsində bütün irqlərin nümayəndələrinin bərabər təmsil olunmasına çalışan qeyri-hökumət təşkilatına 110 min dollar iyanə verəcəyini deyib.

Milli Kitab Mükafatının yekun mərasimində aparıcı olan Handler qaradərili uşaq yazıçısı Jacqueline Woodson-a mükafat təqdim edərkən deyib ki, o, qaradərili qızın qarpızdan xoşu gəlməməsi haqda da kitab yazsa yaxşı olar.

Woodson-un “Brown Girl Dreaming” kitabı onun 1960-70-ci illərdə uşaq olarkən yaşadıqları haqdadır.

Daniel Handler sonradan etiraf edib ki, zarafatı irqçi xarakterli olub.

Qeyd edək ki, Amerikada qaradərililər haqda aşağılayıcı lətifələrdə qarpız onların sevimli tərəvəzi kimi təqdim edilir.

Milli Kitab Mükafatı da Handler-in hərəkətini pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG